Neft bahalaşır, Brent-in bir bareli $104-ı ötüb

09:16 - 16.03.2026


16 mart, Fineko/abc.az. Ötən həftəki artımdan sonra, bazar ertəsi keçirilən hərraclar zamanı etalon markaların qiymətləri yüksəlməkdə davam edir.

Saat 09:11-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin may fyuçersi $1,64 (1,59%) bahalaşaraq bir barel üçün $104,78 təşkil edib. 13 mart hərraclarının nəticələrinə görə, "Brent"in may fyuçersinin qiyməti $2,68 (2,67%) artaraq bir barel üçün $103,14-a yüksəlmişdi.

Saat 09:11-ə qədər "NYMEX" birjasında "WTI" neftinin aprel fyuçersi $0,87 (0,88%) bahalaşaraq bir barel üçün $99,58 təşkil edib. 13 mart hərraclarının nəticələrinə görə, "WTI"nin aprel fyuçersinin qiyməti $2,88 (3,11%) artaraq bir barel üçün $98,71-a çatmışdı.

Ötən həftə "Brent" markalı neft 11,27%, "WTI" nefti isə 8,59% bahalaşıb.