11:23 - 16.03.2026
16 mart, Fineko/abc.az. -(özəl xəbər)- Bildiyiniz kimi, bir neçə gün əvvəl Bank BTB-nin aktivləri başqa bir Banka ötürüldü və adıçəkilən Bank BOKT-yə çevrildi. Maliyyə sektorunda olan insanlar təbii ki, bunu gözləyirdi. Çünki, son zamanlar sözügedən Bank ətrafında bir sıra şaiyələr yayılmışdı. Elə buna görə də insanlar arasında digər banklarda da belə bir hal baş verə biləcəyi qorxusu var.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu ünvanladıq.
Tənzimləyici orqandan ABC.AZ-ın sorğusuna cavab olaraq bildirildi ki, Bankların yenidən təşkilinə dair müraciətlər olduqda Mərkəzi Bank tərəfindən məsələyə qanunvericiliyə müvafiq olaraq olaraq baxılır və aidiyyəti qərarlar qəbul edilir.
"Bildiririk ki, hazırda Mərkəzi Banka qeyd olunan məsələ ilə bağlı başqa müraciət daxil olmamışdır"- deyə AMB-dən qeyd edilib.
Müəllif: Elmir Muradov
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026