Instagram-da başdan-başa şifrələmə funksiyası ləğv edilir

11:30 - 16.03.2026


16 mart, Fineko/abc.az. Meta şirkəti bildirib ki, Instagram-da şəxsi mesajlarda istifadə olunan başdan-başa şifrələmə funksiyası deaktiv ediləcək.

ABC.AZ xəbər verir ki, bu funksiyanın dəstəyi 8 may 2026-cı ildə dayandırılacaq.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu funksiyadan istifadə edənlərin sayı çox az olub.

Bu səviyyədə təhlükəsizliklə yazışmaq istəyən istifadəçilərə isə başdan-başa şifrələmənin standart olaraq istifadə edildiyi WhatsApp platformasına keçmək tövsiyə olunub.

Başdan-başa şifrələmə mesajların qorunma üsuludur. Bu halda mesajları yalnız göndərən və qəbul edən oxuya bilər. Hətta mesajın ötürüldüyü şirkət belə onun məzmununa baxa bilmir.