“Abşeron” yatağında ilk təbii qaz hasilatının həyata keçiriləcəyi vaxt açıqlanıb

11:37 - 16.03.2026


16 mart, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında ilk təbii qazın hasilatına 2029-cü il sentyabrın 1-də başlanılacağı planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə “Total Energies” şirkətindən bildirilib. Məlumata əsasən, bu layihə ilə bağlı Maliyyə İnvestisiya Qərarının bu ilin iyulunda verilməsi gözlənilir.

“Abşeron qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycana aid olan hissəsində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. İşlənmənin birinci mərhələsi – İlkin Hasilat Sxemi (İHS) – tək ABD-001 quyusunun 35 kilometrlik sualtı boru kəməri vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mövcud Neft Daşları qurğularının yaxınlığında, dayaz sularda yerləşən platformaya qoşulmasından ibarətdir. Bu mərhələ 36-39 min barel gündəlik neft ekvivalenti (bne/gün) (4,2 milyon Sm3/gün qaz, 12,8 min barel/gün kondensat) uzunmüddətli maksimum hasilatın nəzərdə tutulduğu layihədir. Dayaz sahədə yerləşən İHS platformasında qaz və maye separasiya olunduqdan sonra elavə emal, saxlama və ixrac məqsədilə Neft Daşlarının qurğularına ötürülür”, – şirkətdən bildirilib.