İtaliya enerji qiymətlərinin artması fonunda yenidən AES inşasını nəzərdən keçirir

14:20 - 16.03.2026


16 mart, Fineko/abc.az. İtaliya qaz və elektrik qiymətlərinin kəskin artması səbəbindən yenidən atom elektrik stansiyalarının (AES) inşasını düşünür. Bu artım vətəndaşların və şirkətlərin gəlirlərinə təsir edir.

ABC.AZ xəbər verir ki, Ciorcia Meloni hökuməti dinc atomu ölkənin idxaldan asılılığını azaltmaq və iqtisadi sabitliyi qorumaq vasitəsi kimi qiymətləndirir, Kanada, Fransa, ABŞ və Cənubi Koreya ekspertləri ilə danışıqlar aparır.

Əsas maneə — əhalinin mövqeyidir: İtaliya 1987 və 2011-ci illərdə keçirilmiş referendumlarda AES-ə qarşı çıxmışdı, ölkədə son AES isə təxminən 40 il əvvəl bağlanıb. Siyasətçilərə atom enerjisinin faydalarını vətəndaşlara izah etmək lazım olacaq, eyni zamanda ölkədə yaxın gələcəkdə seçkilər keçiriləcək və hər hansı qeyri-populyar qərar parlamentdə mövqelərin itirilməsinə səbəb ola bilər.