14:30 - 16.03.2026
16 mart, Fineko/abc.az. Martın 10-dan etibarən Çində benzin və dizel yanacağının qiymətləri artıb. Benzinin qiyməti bir ton üçün 695 yuan (100,9 dollar), dizel yanacağının qiyməti isə 670 yuan (97,2 dollar) bahalaşıb.
ABC.AZ xəbər verir ki, qərar dünya bazarında qiymətlərin artması və volatillik fonunda Dövlət İnkişaf və İslahat Komitəsi tərəfindən qəbul edilib.
Ən böyük dövlət korporasiyalarına — CNPC, Sinopec və CNOOC şirkətlərinə fasiləsiz təchizatı təmin etmək və qiymət siyasətinə riayət etmək tapşırılıb.
Eyni zamanda Çin neft idxalını artırır. 2026-cı ilin yanvar–fevral aylarında ölkə 96,93 milyon ton neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Bloomberg yazır ki, xammal ABŞ və İsrail ilə İran arasında mümkün gərginlik fonunda yarana biləcək təchizat fasilələrindən qorunmaq üçün strateji ehtiyatlara yönəldilir.
Çinin ehtiyatları (təxminən 1,4 milyard barel) Yaxın Şərqdən tədarük dayandığı halda təxminən yarım il kifayət edə bilər.
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026