15:49 - 16.03.2026
16 mart, Fineko/abc.az. Pakistan Milli Gəmiçilik Korporasiyasının nəzarətində olan Karachi tankeri təhlükəli Hörmüz boğazını uğurla keçərək İranın Larak adasını dolanıb və İran sahilləri boyunca şərq istiqamətində Pakistana doğru hərəkət edir.
ABC.AZ xəbər verir ki, izləmə məlumatlarına görə gəmi BƏƏ-dən yüklənmiş neft daşıyır, lakin tam yüklənməyib. Digər gəmilərin də boğazdan keçərkən İran sahili boyunca marşrut seçdiyi bildirilir. Treyderlər dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi bu dar marşrutdan nə qədər neft daşına biləcəyini diqqətlə izləyirlər.
Xatırladaq ki, ABŞ və İsrailin hücumlarından sonra təxminən iki həftə əvvəl İran boğazı faktiki olaraq bağlamışdı. Bununla yanaşı, həftəsonu ABŞ və İsrail neft terminallarının yerləşdiyi Xark adasına zərbələr endirsə də, İran özü də neft ixracını davam etdirir. İran neftinin əsas hissəsi isə Çinə göndərilir.
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026