İrandakı vəziyyətə görə Türkiyədən Rusiyaya tərəvəz ixracı kəskin artıb

17:04 - 16.03.2026


16 mart, Fineko/abc.az. Son iki həftə ərzində İrandakı vəziyyət fonunda Türkiyədən Rusiyaya tərəvəz və bəzi meyvə tədarükləri xeyli artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Aralıq dənizi regionunun ixrac dairələrindəki mənbələr məlumat verib.

Onların sözlərinə görə, Antalya bölgəsindən Rusiyaya əsasən bibər, xiyar, pomidor, badımcan və sitrus meyvələri aktiv şəkildə göndərilir. Tələbatın artması Rusiyanın əvvəllər bu məhsulların böyük hissəsini İrandan alması ilə bağlıdır.

Məhsullar avtomobil və dəniz nəqliyyatı ilə çatdırılır, hazırda ödənişlə bağlı problemlər müşahidə olunmur.