Neft bahalaşır, Brent bir barel üçün $102,74 təşkil edir

09:21 - 17.03.2026


17 mart, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri ötən günkü düşmədən sonra artmaqdadır.

Saat 09:17-yə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin may fyuçersi $2,53 (2,52%) bahalaşaraq bir barel üçün $102,74 təşkil edib. 16 mart ticarət əməliyyatlarının yekununa əsasən, Brent-in may fyuçersi $2,93 (2,84%) ucuzlaşaraq bir barel üçün $100,21 olub.

Saat 09:17-yə olan məlumata görə, NYMEX birjasında WTI neftinin aprel fyuçersinin qiyməti $2,18 (2,33%) artaraq bir barel üçün $95,68 təşkil edib. 16 mart ticarət əməliyyatlarının yekununda WTI-nin aprel fyuçersinin qiyməti $5,21 (5,28%) düşərək bir barel üçün $93,50-yə enib.