Azərbaycan nefti bahalaşıb

10:09 - 17.03.2026


17 mart, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları və ya 0,08 % artaraq 109,19 ABŞ   dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.