Azərbaycanda tütün məmulatlarına olan tələbatın 80 faizini ödəyəcək tütün məmulatları istehsalı fabriki açıldı

16:26 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev  Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

“Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlət başçısına məlumat verdi ki, fabrikdə beynəlxalq standartlara uyğun olan ağır, yüngül və daha yüngül siqaretlər istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək.

Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək.

 


Bütün xəbərlər