Bu ilin on ayında ticarət əməliyyatlarının ümumi həcmi 25 milyard dollardan çox olub

15:40 - 20.11.2018


 20 noyabr, Fineko/abc.az.  Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 25 milyard 223 milyon 870 min ABŞ dolları olub.
Cari ilin on ayında ticarət əməliyyatlarının ümumi həcminin 9 milyard 252 milyon 559 min ABŞ dolları idxalın, 15 milyard 971 milyon 310 min ABŞ dolları isə ixracın payına düşüb.

Bütün xəbərlər