Azərbaycanda yolların tikintisi və yenidən qurulmasının ətraf mühitə təsiri nəzərə alınacaq

16:37 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 490 saylı qərarı ilə yolların layihələşdirilməsi, tikintisi və yenidən qurulması Qaydalarına düzəliş edilib.

Qərara əsasən, avtomobil magistrallarının, körpülərin və tunellərin inşasının ətraf mühitə təsiri nəzərə alınacaq.

Qərara müvafiq olaraq, avtomobil magistrallarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri hazırlanmalı və dövlət ekoloji ekspertiza aparılmalıdır.

 

Bütün xəbərlər