Bakıda turizm sahəsi üzrə ilk ixtisaslaşdırılmış əmək yarmarkası keçiriləcək

17:36 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Azərbaycanda turizm sahəsi üzrə ixtisaslaşdırılmış əmək yarmarkası keçiriləcək.

“Otellər və Restoranlar” Assosiasiyasının (DAIR) məlumatında deyilir ki, yarmarka Azərbaycan Turizm Agentliyi və Azərbaycan Otellər Assosiasiyasının dəstəyi və DAIR-in təşəbbüsü ilə keçiriləcək.

“Yarmarkada 115 biznes subyektlərinin 270-dən çox vakant yer təqdim ediləcək”, - məlumatda belə deyilir.

Yarmarka Bakı Biznes Mərkəzində noyabrın 24-də saat 10:00-dan 15:00-dək davam edəcəkdir.

 


Bütün xəbərlər