Sabah Bakıda güclü külək əsəcək

16:11 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. Sinoptiklər sabah Bakıda güclü küləyin əsəcəyini vəd edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatına görə, Bakıda və Abşeronda noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. 

“Mülayim cənub-qərb küləyi gündüz  arabir güclənəcək. Proqnoza əsasən, noyabrın 27-si gündüzdən 29-u gündüzədək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir”, - nazirlikdən bu xəbər verildi.

Həmçinin nazirlikdən bildirildi ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda  gecə  6-8, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti  təşkil edəcək.

 

Bütün xəbərlər