Azərbaycanda qeyri-kommersiya məqsədilə alkoqol və siqaret idxalına qoyulan məhdudiyyət azaldılıb

12:34 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. Azərbaycan Nazirlər Kabinetinin 500 nömrəli qərarı ilə, ölkəyə fiziki şəxslər tərəfindən qeyri kommersiya məqsədilə ölkəyə malların gətirilməsi qaydalarına düzəlişlər edilib.

Dəyişikliklərə əsasən, vətəndaşlar artıq şəxsi istifadə üçün 1,5 litr alkoqol və 200 ədəd siqaret idxal edə biləcəklər.

Əvvəllər 3 litr alkoqol və 600 ədəd siqaret idxal etməyə icazə verilirdi.

 

Bütün xəbərlər