Azərbaycanda həyat sığortası üzrə daha bir şirkət yarandı

17:26 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyində “Xalq Həyat Sığorta” ASC qeydiyyatdan keçirilib.

Nazirliyin məlumatına görə, şirkətin nizamnamə kapitalı 15 milyon manat səviyyəsində qeydə alınıb, Roman Veliyev rəsmi nümayəndəsi kimi göstərilib. Şirkət noyabrın 23-də dövlət qeydiyyatından keçib.

Hal-hazırda Azərbaycanda həyat sığortası üzrə yalnız üç şirkət  fəaliyyət göstərir - Atəşgah Həyat Sığorta, Qala Hayat Sığorta və PAŞA Hayat Sığorta.

 

Bütün xəbərlər