Azərbaycan sığortaçıları ilin əvvəlindən 617 milyon manat toplayıblar

12:43 - 28.11.2018


28 noyabr, Fineko/abc.az. Azərbaycanda  fəaliyyət göstərən sığorta şirkətləri yanvar-oktyabr aylarında 617,2 mln. manat məbləğində sığorta haqları toplayıb, 205.,9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir ki, könüllü sığorta bazarı üzrə haqlar 450.8 mln. manat, ödənişlər isə 149.7 mln. manat təşkil edib.

“İcbari sığorta bazarı üzrə haqlar 166.4 mln. manat, ödənişlər isə 56.2 mln. manat olub. Məcmu  sığorta haqlarının   73.0%-i  könüllü, 27.0%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72.7%-i könüllü, 27.3%-i isə icbari sığorta növləri hesabına formalaşıb”, - məlumatda belə deyilir.

Azərbaycanda 21 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.

 

Bütün xəbərlər