Azərbaycanda mikro və kiçik sahibkarlığın əsas vəsaitləri üzrə sürətli amortizasiya metodu tətbiq olunacaq

13:21 - 3.12.2018


3 dekabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi bildirir ki,  Azərbaycanın Vergi Məcəlləsinə edilən yeni düzəlişlər biznesin inkişafı üçün imkanları genişləndirəcək.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti şöbəsinin baş direktoru Samirə Musayeva brifinqdə bildirib ki, gələn ildən etibarən mikro və kiçik sahibkarlığın əsas vəsaitləri üzrə sürətli amortizasiya metodu tətbiq olunacaq.

“Həmçinin dəyişikliklər mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün  mənfəət vergisi, torpaq vergisi və ƏDV-dən azad edəcək yeddi illik vergi imtiyazlarının verilməsini nəzərdə tutur. Kiçik və orta biznes  sahibkarları tərəfindən təqdim olunan,  kapital xərclərinə yönəldilən xidmətlərdən əldə edilən gəlirin bir hissəsi də 7 il müddətinə mənfəət vergisindən azad olunur”, - deyə S. Musayeva bildirib.

Onun sözlərinə görə, mikro sahibkarlıq subyektləri  gəlir vergisindən və 75% gəlir və mənfəət üzrə mənfəət vergisindən, həmçinin əmlak vergisindən azad olunacaqlar”, - deyə S. Musayeva bildirib.

 

Bütün xəbərlər