Samirə Musaeva: gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində büdcə daxilolmalarında azalma gözlənilmir

14:43 - 3.12.2018


3 dekabr, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyi gəlir vergisi üzrə vahid sadələşdirilmiş vergi dərəcəsi və vergi tətilinin tətbiqi nəticəsində daxilolmaların ciddi şəkildə azalmasını gözləmir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti şöbəsinin baş direktoru Samirə Musayeva brifinqdə bildirib ki, nazirlik, sadələşdirilmiş verginin istifadəsindən və ya yeni vergi tətbiqindən tamamilə imtina etməyi planlaşdırmır (sadələşdirilmiş vergi dərəcəsi ölkə üzrə 2% səviyyəsində müəyyən edilib).

“Gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində büdcə daxilolmaların azaldılmasına gəldikdə, hətta ən bədbin senari ilə, heç bir ciddi itki gözlənilmir. Həmin güzəştlər yalnız qeyri-rəsmi və qeyri-şəffaf əmək münasibətlərinə tətbiq olunduğundan, ciddi itki olmayacaq, əksinə, bu, əmək hüquqlarının qanuniləşdirilməsinə gətirib çıxaracaq”, - deyə S. Musaeva bildirib.

 

 

Bütün xəbərlər