Azərbaycan biznesinə Azexport portalı vasitəsilə 908 milyon dollar dəyərində ixrac sifarişləri verilib

15:48 - 3.12.2018


3 dekabr, Fineko/abc.az. Azərbaycan sahibkarları oktyabr ayında Azexport.az ixrac portalı vasitəsilə 23 milyon dollar dəyərində sifariş alıblar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalına görə, yanvar-oktyabr aylarında portala daxil olan ixrac sifarişlərinin dəyəri 433 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 10% çoxdur.

“2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 oktyabr tarixinə kimi (22 ay ərzində) Azexport.az portalına dünyanın 108 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 908 milyon ABŞ dolları təşkil edib”, - icmalda belə deyilir.

 

Bütün xəbərlər