Azərbaycanda sahibkarlar üçün dövlət orqanlarına şikayətlər portalı hazırlanır

15:28 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə sahibkarlara dəstək proqramı hazırlayıb.

“Təşəbbüskarlar bu proqram çərçivəsində təşkil edilən platformada öz profillərini yarada biləcəklər və müxtəlif dövlət orqanlarına təkliflər, müraciətlər və şikayətlər göndərə biləcəklər ki, bunlar da həmin orqanlara agentlik tərəfindən operativ şəkildə yönəldiləcək”, - deyə KOBİA-nın icraçı direktoru Orxan Məmmədov bildirib.

 

Bütün xəbərlər