Azərbaycanda 539 mindən çox mənzil özəlləşdirilib

17:05 - 16.11.2017


16 noyabr, Fineko/abc.az. Azərbaycanda yanvar-oktyabr ayları ərzində 161442  daşınmaz əmlak üzərində  mülkiyyət  hüquqları  dövlət qeydiyyatına alınıb. 

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu göstərici, keçən ilin analoji dövrü ilə müqayisədə, 14,4% qədər artıb.

“Bu göstəricinin 48083-ü (29.8%) ilkin, 113359-u (70.2%) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 31156-sı fərdi yaşayış və bağ evi, 41889-u mənzil, 81652-si torpaq sahəsi, 2980-i qeyri-yaşayış binası, 2869-u qeyri-yaşayış sahəsi, 628-i əmlak kompleksi, 118-i çoxmərtəbəli yaşayış binası, 150-si isə çoxillik əkmələr təşkil etmişdir”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki,  ilkin qeydiyyatın 37.1%-i Bakı şəhərinin, 62.9%-i isə regionların payına düşür. 

Məlumatda bildirilir: “Həmçinin, hesabat dövrü üzrə 11275 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30.7%-ə yaxın artmışdır. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 539000-dən çox mənzil özəlləşdirilmişdir”.

 

Bütün xəbərlər