Kestutis Yankauskas TELLMAN show-ya müsahibə verib

15:32 - 11.12.2018


11 dekabr, Fineko/abc.az. Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas TellMann tok-şouya video-müsahibə verib.

Səfir müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasındakı ikitərəfli münasibətlərin inkişafından, müxtəlif sahələrdə həyata keçirilən mühüm layihələrdən bəhs edib. Diplomat Azərbaycan regionlarının ikişafında Avropa təcrübəsinin və yeni texnologiyaların tətbiqinə xüsusi yer ayırıb.

Mədəniyyət sahəsinə toxunan Kestutis Yankauskas “Avropa Mədəni İrs İli”nə həsr olunmuş “Fantaziya” festivalından və memarlıq abidələrinin qorunmasının vacibliyindən danışıb. Diplomat həmçinin Azərbaycanda Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən, ixtisaslaşdırılmış orta və ali təhsil müəssisələrinin tədris proqramlarına olan münasibətindən söhbət açıb.

Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri icbari tibb sığorta mövzusunu, Mingəçevir, Ağdaş və Yevlaxda həyata keçirilən pilot layihələri müzakirə edib.

Kestutis Yankauskas Litva Xarici İşlər Nazirliyində fəaliyyətə başladığı çətin dönəmdən, həmçinin Avropa İttifaqının müşahidəçi missiyasına rəhbərlik etdiyi Gürcüstanda yaşadığı xoş xatirələrdən danışıb.

Müsahibə zamanı Avropa İttifaqı Nümayəndiliyinin rəhbəri Azərbaycanın, ümumilikdə regionun siyasi, iqtisadi və sosial həyatında baş verən hadisələrə, eləcə də Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə öz münasibətini bildirib.

Müsahibədə Azərbaycanın regionlarının turizm cazibədarlığına və milli mətbəxinə xüsusi yer ayrılıb.

Video-müsahibəni www.TELLMANN.show linki vasitəsilə izləyə bilərsiniz.

Tell-Mann tok-şounun müəllifi və rəhbəri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. TellMann tok-şou Caspian European Club-un Gate 25-in iştirakı ilə “Narimanfilm” kinostudiyası ilə birgə əsrəyə gətirdiyi ortaq layihədir.

TellMann tok-şounun yaradıcı kollektivi bu layihədə sponsor, partnyor və ya reklamverici qismində iştirak etmək istəyən şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.

Bütün xəbərlər