Bu gün Bakının iki rayonunda su olmayacaq

11:53 - 18.12.2018


18 dekabr, Fineko/abc.az. “Azərsu” ASC su təchizatında növbəti kəsintilər barədə xəbərdarlıq edir.

ASC-dən bildirildi ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işləri aparılır.

“Bununla bağlı, bu gün ərzində Qaradağ və Səbail rayonlarının bəzi hissələrində içməli suyun verilməsi məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər