Maliyyə Bazarlarına Nəzarət Palatası: “Bashak İnam Sigorta” şirkətinin öhdəliklərinin bölgüsü haqqında qərar verilməyib

11:54 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Azərbaycanın ləğv edilmiş “Bashak İnam Sigorta” sığorta şirkətinin öhdəlikləri başqa şirkətə ötürülməyəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Fineko/abc.az  AİA-nə verilən məlumata görə, Palata tərəfindən belə bir qərar qəbul edilməyib.

“Sığorta qanunvericiliyinə əsasən, sığortaçının ləğv edilməsi haqqında məhkəmə qərarı qəbul edildikdən sonra 30 iş günü müddətində ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısı məhkəməyə təqdim edilməlidir. Lakin məhkəmə tərəfindən sığorta şirkətinin məcburi qaydada ləğv edilməsi barəsində hələ qərar verilməyib”, - Palatadan belə bildirdilər.

Həmçinin Palatadan xəbər  verildi ki, şirkətin öhdəliklərinin icrası, məhkəmə qərarı verildikdən sonra nəzərdə tutulur. Bu səbəbdən də, ləğv edilmiş  “Başak İnam” şirkətinin öhdəliklərinin ötürülməsi barədə heç bir qərar verilməyib.

Şirkətin öhdəliklərinə gəlincə, avtomobil, əmlak və kredit sığortası üzrə  bu 259 539 manat təşkil edir və bunun 2021-ci ilə qədər təmin ediləcək.