İlin əvvəlindən Azərbaycan sığortaçıları 664 milyon manat toplayıblar

13:58 - 20.12.2018


20 dekabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən yanvar-noyabr aylarında 663.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 224.1 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. 

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir ki, Könüllü sığorta bazarı üzrə haqlar 485.3 mln. manat, ödənişlər isə 162.4 mln. manat təşkil edib.

“İcbari sığorta bazarı üzrə haqlar 178.6 mln. manat, ödənişlər isə 61.7 mln. manat olub.  məcmu sığorta haqlarının     73.1%-i  könüllü, 26.9%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72.5%-i könüllü, 27.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb”, - məlumatda belə deyilir.

Azərbaycanda 21 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.

 

Bütün xəbərlər