BP və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

15:39 - 20.12.2018


20 dekabr, Fineko/abc.az. BP, Azərbaycanda layihələr üzrə öz tərəfdaşları və Azərbaycan Respublikası Kiçik və Orta Biznes İnkişafı Agentliyi (KOBIA) adından anlaşma memorandumu imzaladılar.

Memorandum yerli biznesin dəstəklənməsi üçün əməkdaşlıq imkanlarını, yerli biznesin inkişafına dəstək olmaq üçün potensial əməkdaşlıq istiqamətlərinin qiymətləndirilməsini nəzərdə tutur.

“BP-Azərbaycan və tərəfdaşlar, 2007-ci ildən etibarən milyonlarla dollarla qiymətləndirilən Sahibkarlığın İnkişafı Proqramı adlı yerli sahibkarlığın inkişafına dəstək olmaq üçün geniş miqyaslı sosial investisiya proqramını həyata keçirirlər. Bu günə qədər bu proqram çərçivəsində 2 minə yaxın kiçik və orta sahibkarlara 6,5 milyon dollar ayrılıb”, - deyə BP-Azərbaycan-ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Öz növbəsində, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib  ki, bu gün imzalanan memorandum Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün platformanı gücləndirəcəkdir.

 

Bütün xəbərlər