Bakının Xətai rayonunda bu gün su təchizatında kəsintilər olacaq

12:45 - 24.12.2018


24  dekabr, Fineko/abc.az. “Azərsu” ASC su təchizatında kəsintilərin olacağını bildirir.
ASC-nin məlumatına görə, Bakının Xətai rayonunda şəbəkənin magistral yola qoşulması üzrə işlər aparılır.
“Bununla bağlı, bu gün Xətai rayonunun bəzi hissələrində, yəni Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, M. Rüstəmov, M. Hadi, Cavanşir və s. küçələrində su verilişi məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

Bütün xəbərlər