Sergey Lavrov Bakıya səfərə gəlir

15:45 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya gəlir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirin səfəri 19-20 noyabr tarixlərində baş tutacaq.

“Səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüş keçirəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər