Bakı Metropoliteni vaqonların əsaslı təmiri və modernləşdirilməsi üzrə sex açıb

17:13 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. “Bakı metropoliteni” QSC-i  vaqonlarının təmirinə başlayıb.

QSC-nin məlumatında deyildiyi kimi, Bakı metrosu tarixində ilk dəfə “Nərimanov” elektrik deposu ərazisində vaqonların əsaslı təmiri sexi istifadəyə verilib.

“Hal-hazırda sexdə iki vaqonun təmiri yerinə yetirilir. Sexin ərazisində yalnız əsaslı təmir üçün deyil, həmçinin vaqonların modernləşdirilməsi üçün də şərait yaradılıb ki, bunun sayəsində vaqonlarda yeni texnologiyaların tətbiqinə imkan yaranacaq”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, hər il sexdə 30 ədəd vaqonun əsaslı təmirini həyata keçirmək mümkün olacaq və nəticədə külli miqdarda vəsaitə qənaət olunacaq.