Azərbaycanda birinci sinif şagirdlərinin biliklərinin qiymətləndirilməsi ləğv edilib

11:59 - 3.01.2019


3 yanvar, Fineko/abc.az. Azərbaycanın təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən,  I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv edilib. II-III siniflərdə isə yalnız kiçik summativ qiymətləndirmə keçiriləcək.

Hər bir ümumtəhsil müəssisəsi artıq hər yarımilin sonunda böyük summativ qiymətləndirmə keçirəcək, xüsusilə,  IV, IX və XI siniflərdə bütün fənlər zrə, V-VIII siniflərdə  siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə,  həmçinin, lisey və gimnaziyaların V-VIII siniflərində müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə. Məktəblərin  təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə, təmayülləşmə tətbiq olunan X sinfində müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə, eyni prinsip, lisey və gimnaziyaların X sinifləri üçün tətbiq olunacaq.

V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

Böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. KSQ bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.

 

Bütün xəbərlər