Azərbaycanda reklam yayımının ödəniş sistemi sadələşdirildi

10:46 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. Dövlət Reklam Agentliyi (ADRA) reklam yayımı üzrə rüsum və yayım haqlarının ödənişi sistemini sadələşdirdi.

ADRA-nın məlumatına əsasən, sahibkarlar artıq ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirə bilərlər.

“Xidmətlərin ödənişləri www.asanpay.az portalı və “e-Manat” terminalları vasitəsilə də etmək mümkündür. Gələcəkdə Xidmətlərin ödənişləri digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin ediləcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər