Azərbaycanda dövlət əmlakının 68 obyekti hərraca çıxarılacaq

12:17 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracın keçirilməsini elan edib.

Dövlət Komitəsindən verilən məlumata görə, hərrac 19 dekabr tarixində keçiriləcək.

“Hərraca 68 obyekt, o cümlədən, 24 kiçik dövlət müəssisəsi və obyekti, 8 istifadəsiz qeyri-yaşayış sahə, 25 səhmdar cəmiyyəti, 11 nəqliyyat vasitəsi təqdim ediləcək”, - məlumatda belə deyilmişdir.

Hərracların gedişatı ilə, https://e-emdk.gov.az/eHerrac/Home/Presentation    linkinə keçid etməklə tanış olmaq olar.