13:13 - 20.11.2017
20 noyabr, Fineko/abc.az. “Tacikistan alüminium şirkəti” Dövlət unitar müəssisəsinin biznes nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıya üçgünlük səfər edib.
Tacikistan Respublikasının Azərbaycandakı səfirliyindən xəbər verildiyi kimi, səfər çərçivəsində Tacikistanın alüminium zavodu “TALCO” dövlət unitar müəssisəsi ilə Azərbaycanın “DET-Al” zavodu arasında danışıqlar aparılıb.
Məlumatda deyilir: “Danışıqlar əsnasında 2017-ci ilin dekabr ayından başlayaraq, Tacikistan alüminium müəssisəsinin ehtiyacları üçün, hər ay 3 min tondan 7 min tona qədər neft koksunun tədarükü haqqında saziş imzalanıb. Bunun qarşılığında, “DET-Al” zavodu üçün anodlar, kriolit, flüorit və ikinici alüminiumun tədarükü həyata keçiriləcək”.
Həmçinin bildirilir ki, fəaliyyəti dayanmış Gəncə Gil-Torpaq Kombinatının tollinq razılaşması əsasında yenidən işə salınması haqqında saziş əldə edilib. Bunun üçün, TALCO tərəfindən 2018-ci ildə beynəlxalq investisiyalar cəlb ediləcək və Tacikistanda alüminium istehsalı üçün qarşılıqlı əlverişli şərtlərlə gil-torpağın növbəti tədarükü həyata keçiriləcək.
“Tərəflər TALCO ehtiyacları üçün alüminium məhsullarının Azərbaycan ərazisi vasitəsilə tranzitinin münasib tarifikasiya mexanizmlərini müəyyən etdilər. İkitərəfli qarşılıqlı sərfəli iqtisadi əməkdaşlıq haqqında və digər istiqamətlər üzrə razılıq əldə olundu. Yuxarıda sadalanan layihələrin gerçəkləşdirilməsi ilə, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında əmtəə dövriyyəsi yaxın zamanda xeyli artacaq”, - xəbərdə belə deyilmişdir.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024