Azərbaycanda gecikdirilmiş yanvar pensiyalarının maliyyələşdirilməsi başlandı

12:55 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, yanvar pensiyalarının maliyyə təminatının həyata keçirilməsi işlərinə başlayıb.

Nazirlik bildirir ki, Artıq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının maliyyələşdirilməsi təmin edilib.

“Yaxın günlərdə isə respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların ödənişi həyata keçiriləcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər