Azərbaycanda vergi daxilolmaları 7 dəfə artıb

15:47 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyi Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində vergi departament və idarələrinin rəhbər vəzifəli şəxsləri ilə regional müşavirə keçirib.

Regional müşavirə zamanı çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqları 109,1% yerinə yetirilib.

“Son 10 il ərzində ölkədə vergi daxilolmaları 7 dəfə, yəni 86,6 milyon manatdan 600,8 milyon manata qədər artıb”, - nazir müavini belə deyib.