Lukaşenko, Rusiya ilə ümumi valyutaya qarşı olmadığını söylədi

20:24 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. Belarus prezidenti Aleksandr Lukaşenko, İttifaq Dövlətində vahid valyutanın yaradılmasına qarşı olmadığını söyləyib, lakin onun fikrincə, bu, Rusiya valyutası olmamalıdır.

BelTA agentliyi  məlumat verir ki, Belarus prezidenti bunu Belarusun diplomatik xidmətinin 100 illik yubileyi ərəfəsində cümə günü keçirilən görüşdə deyib.

“Biz ümumi bir valyutaya qarşı deyilik, amma bu, Rusiya Mərkəzi Bankının valyutası deyil, ümumi pul vahidi olmalıdır. Bərabər şərtlərlə yaradılmış emissiya mərkəzi olmalıdır. Aİ-nin nümunəsini verirsinizsə, yaxşı, Avropa İttifaqının prinsiplərinə əsasən. Lakin şərtlər və yanaşma bərabər olmalıdır”, - BelTA xəbər agentliyi Belarus liderinin sözlərini çatdırıb.

Onun sözlərinə görə, Belarus hakimiyyəti vergi və gömrük siyasətinin unifikasiyasına  hazırdır.

“Vergi və gömrük siyasətini unifikasiya etmək istəyirsiniz? Razıyam, lakin keçən dəfə də eyni sözü  söylədim: ancaq ən yaxşı ənənə və şərtlərdə, hər şeyin ən yaxşını belaruslular və ruslardan alaq. Amma belə olmasın ki, biz böyüyük, siz isə kiçiksiniz, gəlin bizim kimi edək”, - deyə Belarus dövlətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Belarus hakimiyyəti iki ölkənin ittifaqına qarşı deyil.

“İttifaqa hər zaman hazırıq, ancaq bunu biz deyil, insanlar yalnız qərar verməlidirlər.  Biz, heç bir tezisdən imtina etmirik”, - deyə Lukaşenko bildirib.

 

Bütün xəbərlər