Sabah Bakıda toz-dumanı olacaq

17:38 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi toz dumanının yaxınlaşması haqqında xəbərdarlıq edir.

Nazirlikdən verilən məlumata görə, 21 noyabr 2017-ci il tarixində ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

“Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır”, - nazirliyin məlumatında belə deyilir.

Ehtimal edilir ki, ölkənin cənub regionundan yaxınlaşan toz-dumanı Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcək. Noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.

 

 

Bütün xəbərlər