BVF dünya iqtisadiyyatının ləngiməsinin səbəbini açıqladı

11:56 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. Dünya iqtisadiyyatındakı ləngimənin əsas səbəblərindən biri ABŞ ilə Çin arasındakı ticarət müharibəsidir.

Bunu, bu gün Davosda keçirilən beynəlxalq forumda iştirak edən Beynəlxalq Valyuta Fondunun idarəçi direktoru Kristin  Laqard deyib.

BVF-nin yeni məlumatlarına görə, dünya iqtisadiyyatı 2019-cu ildə 3,5%, 2020-ci ildə isə 3,6% artacaq, bu da əvvəlki proqnozlardan müvafiq olaraq 0,2% və 0,1% aşağıdır. BVF önümüzdəki ildə ABŞ iqtisadiyyatının 2,5%, Çinin isə 6,2% artacağını proqnozlaşdırır.

Dünya iqtisadiyyatın daha da yavaşlaşmasına səbəb ola biləcək risklər arasında, BVF ekspertləri Böyük Britaniyanın, razılaşma olmadan Aİ-nı tərk etməyini qeyd edirlər. Brexiti  BVF-nin araşdırma şöbəsinin müdir müavini Can Mariya Milezi-Ferreti bəyənmir.

“Bizim fikrimizcə, orta müddətli perspektivdə iqtisadiyyatı ticarətdən və xüsusilə ticarət xidmətlərindən çox asılı olan Böyük Britaniyanın əsas ticarət tərəfdaşlarından uzaqlaşması qərarı, əlavə xərclərə gətirib çıxaracaq”, - deyə direktor müavini bildirib.

 

Bütün xəbərlər