Belarus və Azərbaycan elektrik avtobusları və süd məhsullarını birgə istehsal etməyə başlaya bilər

17:51 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. “Belkommunmaş Holding İdarəetmə Şirkəti” ASC və Gəncə Avtomobil Zavodu Azərbaycanda elektrik avtobusların birgə istehsalı imkanını araşdırır.

Belarus hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Belarusun Baş nazirinin müavini Mixail Rusıy ilə Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşündə birgə istehsal məsələsi müzakirə olundu.

Mixail Rusıy, Belarusun həm Gəncə, həm də ümumilikdə Azərbaycanla əlaqələrinin inkişafında böyük perspektivlərin olduğunu qeyd etdi.

“Gəncə bir sıra investisiya layihələrinin həyata keçirilməsi üçün unikal bir regiondur. Gəncə avtomobil zavodunun bazasında elektrik avtobuslarının istehsalı üçün birgə istehsalın yaradılması üçün yeni texnologiyaların öyrənilməsi ciddi bir işdir. Artıq biz, perspektivləri, o cümlədən, texnologiyaların  ötürülməsi, müşaiyəti məsələlərini müzakirə etmişik ki, birgə müəssisə çox möhkəm, lokallaşdırma nəzərə alınmaqla işləyən, mövcud imkanlarımızı dövriyyəyə buraxmağa imkan verməklə  işləsin”, - Baş nazirin müavini bunu deyib.

İki ölkə həmçinin Türkiyədə traktor istehsalının qurulması üzərində çalışır.

“Baza ilə Türkiyə Respublikası ilə işləyəcəyik. Hesab edirəm ki, apreldə biz ilk nəticəni qiymətləndirəcəyik. Bu, üç dövlətin transsərhəd, dövlətlərarası əməkdaşlığının yüksək səviyyəyə çıxmasını bildirən çox ciddi, iddialı bir layihədir”, - deyə Mixail Rusıy bildirib.

O, həmçinin Azərbaycan tərəfinə süt məhsullarını birgə istehsal etmək imkanını nəzərdən keçirməyi təklif etdi.

Baş nazirin müavini əlavə edib: “Sizin platformanızdan üçüncü ölkələrin bazarlarına birgə işləmək çox rahatdır”.

Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri zamanı Niyazi Bayramov “Belkommunmaş” zavodunda olacaq.

“Birlikdə işləmək, elektrik avtobuslarını yığmaq arzusu var. Bunlar əlavə iş yerləri deməkdir”, - deyə o, bildirdi.

 

Bütün xəbərlər