“Procter and Gamble” Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır

15:57 - 23.01.2019


23 yanvar, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.

Görüşdə Loik Tassel  bildirdi ki, ölkədə yaradılmış biznes mühiti və sərmayəçilər üçün şərait digər şirkətlər kimi “Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir.

“Şirkət yalnız istehlak mallarının satışı ilə məşğul olmur, həm də ölkədə reklam bazarının inkişafına mühüm töhfə verir. “Procter and Gamble”, yaradılmış biznes mühitindən istifadə edərək, bölgədə fəaliyyətlərini genişləndirmək niyyətindədir. Bu məqsədlə Bakıda fəaliyyətini genişləndirərək, öz məhsullarını Orta Asiyaya və bölgədəki digər ölkələrə satmağı artırmaqda maraqlıdır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub”, - L.Tassel belə deyil.

Prezident İlham Əliyev Azərbaycanda yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlardan danışdı. Dövlət başçısı vurğuladı ki, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarları düzgündür. Azərbaycan dövləti investorlara və sahibkarlara bundan sonra da dəstək verəcək.

 

Bütün xəbərlər