Bakıda yarımtikili yeni binalarda mənzillərin satışı aktivləşdi

11:34 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Mənzil alıcılarının Bakıda yarımtikili  binalardan mənzil alışı aktivləşib.

Mənzil bazarındakı mənbələrdən verilən məlumata görə, Bakıda yarımtikili binadan ev almaq ucuz başa gəlir. Bu da yarımtikili binalarla bağlı risklərin olması ilə bağlıdır.

Mənbədən bildirildi: “Bununla belə vətəndaşların bir qismi qiyməti nəzərə alaraq yarımtikili binadan ev almağa üstünlük verir. Belə binalarda  evlərin  qiyməti kv.m üzrə 1000-1800 manat arasında dəyişir və əsasən belə binalar  Bakının Nəsimi, Xətai, Səbail və Nərimanov rayonlarında yerləşir”.

Mənbədən aldığımız məlumata görə, ən ucuz yarımtikili binalar Bayıl qəsəbəsində yerləşir ki, burada onların qiyməti hər kvadrat metr üzrə 1000-1400 manat təşkil edir. Yarımtikili binalar üzrə ən baha evlər isə Xətai rayonunda təklif edilir. Burada 4-5 mərtəbə tikilən binada mənzillərin qiyməti kv.m üzrə 1350-1800 manat təşkil edir.

 

Bütün xəbərlər