Bakı şəhərinin inkişafı üzrə prioritetlər müəyyən edilib

12:47 - 25.01.2019


25 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş Planının hazırlanması üzrə birinci mərhələni başa vurdu.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, planın hazırlanması üçün beynəlxalq məsləhətçi olan “Boston Consulting Group” şirkəti cəlb olunub.

“1-ci  mərhələdə Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanmış, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilmişdir.  İkinci mərhələyə başlamaq üçün, məsləhətçi təyin edilməsi tender elan edilmişdir. Tenderin nəticələri mart ayında elan ediləcək”, - S.Nuriyev belə deyib.

 

Bütün xəbərlər