Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 26 fevral tarixində keçiriləcək

15:22 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracın keçiriləcəyi tarix müəyyənləşdirdi.

Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac 26 fevral 2019-cu il tarixində keçiriləcək.

Bu dəfə hərraca ümumilikdə 119 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 6-sı yarımçıq tikili, 37-si isə nəqliyyat vasitəsidir.

Bütün xəbərlər