Azərbaycanda dövlət əmlakının 18 obyekti özəlləşdirilib

15:48 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Dövlət Komitəsindən  verilən məlumata görə, hərracda 18 dövlət obyekti özəlləşdirilib.

Məlumatda deyilir: “Özəlləşdirilən obyektlərdən 5-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir”.

 

Bütün xəbərlər