“Facebook”un gündəlik auditoriyası 1,53 milyard nəfərə çatdı

12:24 - 31.01.2019


31 yanvar, Fineko/abc.az. Hər gün “Facebook”a daxil olan insanların sayı 1,53 milyarda çatdı.

Şirkətin hesabatına görə, 2018-ci ilin dekabr ayında ən azı 1,53 milyard insan heç olmazsa gündə bir dəfə sosial şəbəkəyə daxil olub. Bu rəqəm il ərzində 9% artıb. Eyni zamanda, ayda ən azı bir dəfə “Facebook”dan istifadə edənlərin sayı 2,32 milyardı keçib, illik artım isə 9% təşkil edib.

“Facebook” nümayəndələri, dünyada 2,7 milyarddan çox insanın ayda ən azı bir dəfə onun xidmətindən istifadə etdiyini bildirib. Bu siyahı, “Facebook”dan əlavə, Instagram sosial şəbəkəsini, habelə Messenger və WhatsApp ani mesajlaşma proqramlarını da əhatə edir. Şirkətin məlumatında görə, ən azı bir dəfə bunu edənlər, 2 milyarddan çoxdur.

2018-ci il üzrə xalis mənfəəti,  bir səhmə 7,57 dollara və ya ümumi dəyəri 22,11 milyard dollara çatdı. 2017-ci ildə bu göstərici 15,93 milyard dollar təşkil edib, eyni zamanda 2018-ci ilin dördüncü rübündə mənfəət 6,88 milyard dollar təşkil edib.

“Facebook” şirkəti, 4 fevral 2004-cü il tarixində Harvard Universitetində oxuduğu zaman Zuckerberg və onun üç yoldaşı tərəfindən yaradılmışdır.

 

Bütün xəbərlər