“Apple” lazerli 3D kamerası olacaq iPhone hazırlayacaq

16:24 - 31.01.2019


31 yanvar, Fineko/abc.az. Gələn il Apple daha güclü 3D kamera ilə yeni bir iPhone modelini buraxacaq və bu, genişlənmiş reallıq texnologiyalarının işlənməsi baxımından irəliləyişə nail olmağa imkan verəcək.

“Bloomberg”, şirkətin planlarından xəbərdar olan mənbəyə istinadən xəbər verir ki, bu, iPhone X-də yalnız 25 sm-dən 50 sm qədər məsafədə işləyən 3D üz tanıma kamerasından fərqli olaraq, yeni kamera təxminən beş metr məsafədə üçölçülü şəkillər yarada biləcək.

Qeyd edilir ki, lazerli skaner yeni texnologiyası sayəsində belə bir üstünlük əldə ediləcək. Eyni zamanda, əvvəlki qurğularda uzun məsafələrdə yaxşı işləməyən nöqtəli proyeksiyadan istifadə edilirdi.

Agentliyin mənbələri lazerli kameranın şirkətin yeni nəsil iPhone-da istifadə edəcəyi yeniliklərdən yalnız biri olduğunu vurğulayır.

 

Bütün xəbərlər