“Mercedes-Benz” 2019-cu ilin aprel ayında Rusiyada istehsala başlayacaq

13:03 - 1.02.2019


1 fevral, Fineko/abc.az. İlk Mercedes-Benz avtomobilləri artıq bu ilin aprel ayında Rusiya zavodunun konveyer xəttindən çıxacaq.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib. Onun sözlərinə görə, bütün işlər cədvəl üzrə aparılır və indi müəssisədə  buraxılış-sazlama  işləri aparılır.

Birinci mərhələdə, Moskva vilayətinin Solneçnoqorsk rayonunda yerləşən “Yesipovo” sənaye parkında yerləşən Mercedes-Benz zavodunda, E-class sedanların yığılması başlanacaq, sonra isə zavodda GLC, GLE və GLS krossoverlərin yığılmasına start veriləcək. Müəssisə, banların qaynağı və  boyanması daxil olmaqla tam dövr üzrə avtomobil istehsal edəcək. Lokal istehsalın yaradılması avtomobil qiymətlərini, yəqin ki, endirməyəcək,  lakin şirkətin dövlət satınalmaları üzrə tenderlərdə iştirak etməsinə və bazarda iştirakını genişləndirməyə imkan verəcəkdir. Zavodun ilkin sərmayəsi 300 milyon avro  həcmində qiymətləndirilir.

 

Bütün xəbərlər