Bu gün Bakının bir hissəsinə su verilməyəcək

11:22 - 5.02.2019


5 fevral, Fineko/abc.az. “Azərsu” ASC su operatoru bu gün Bakıda su təchizatında kəsintilər barədə xəbərdarlıq edir.

ASC-dən verilən məlumata əsasən, bu gün magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Xətai və Suraxanı rayonlarının bir hissəsinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bütün xəbərlər